Əbülfət Mədətoğlu - Ləpələrlə söhbət
Mən bu səhər
Bir ümid qomu
bağladım -
Sahilə atlanan
ləpələrdən...
Düşündüm ki,
Heç də aciz deyiləm
Qovuşmaq üçün
Hər bir əzaba,
sıxıntılara
qatlanan - ləpələrdən!..
Toparlanıb
İlk görüşə gedən tək ,
Çıxdım evdən
Səninlə əl-ələ,
Birlikdə ürək!-
Xeyir- dua almaq üçün -
Dənizin qəlpələri adlanan-
ləpələrdən!
12 may 2026 12:02