Bəhram Bilaloğlu-Bu şerimlə ərz edirəm
Ədəbiyyat
13:54 / 08.07.2026
Baxış sayı: 1783
Bu şerimlə ərz edirəm,
Yükləməyin adamları.
Zaman verin dəyişməyə,
Təkləməyin nadanları.
Məhəbbətdən dilə gəldim,
Qınamasın dostlar məni.
Sevgi deyən adamlarda
Qurulmasın postlar qəmi.
Kimsən axı, nəçisən sən?
Unutdunmu kimliyini?
Keçmişinə dönüş etsən,
Taparsan öz mənliyini.
Ağac onun, bar da onun,
Əkdiyindən dərir məhsul.
Savab olsun, günah olsun,
Qərar verən odur, məsul.