Şövkət Zərin Horovlu - Dincəlim
Elə kövrəlmişəm ,elə dolmuşam,
Getdiyin yollara nə qədər çıxım?
Bir xısma sevgi at ümidlərimə,
Bulaqtək gözümdən durulum ,axım.
İstəsən , içinə çək nəfıs kimi,
İntizar gözlərim belə dolmasın.
Göy zəmi dalğalı ipək saçımı,
Həsrətin əlləri bir də yolmasın
Sən coşğun dəniz ol,mən də sahilin,
Toxun yanağıma hey sərin-sərin.
Sahildən dənizə bir körpü salaq,
Vüsal yolu olsun sevgililərin.
Gəl , sənə sarılım sarmaşıq kimi,
Hara dönsən elə o yanın olum.
Heç kəs məni səndən aça bilməsin,
Acıyam, sevgindən doyanın olum.
Özündən uzağa ta salma məni,
Qayıt, ya ünvan de, dalınca gəlim.
Gözlərinin dəniz dərinliyində,
Yosuntək əbədi qalım , dincəlim.