Əli Hacı Ağaevli - Mən ki,yuxu görmürəm

Ədəbiyyat 11:34 / 07.07.2026 Baxış sayı: 373

Mən ki,yuxu görmürəm

Yuxu yozasan mənə !

Gedib Tanrı olmadın,

Tale yazasan mənə !

 

Gizlədim çox sözümü,

Abır-həya içində !

Ruhum azad göründü,

Bir qaraçı köçündə !

 

Göy götürməz buludlar,

Yağıb öldü üzümdə !

Şumlayıb öz bəxtimi,

Yurd düzəltdim özümdən !

 

Daha qış da döğmadı,

Atdığın daşlar kimi !

Hər yeri yurd bilirəm,

Yuvasız quşlar kimi !

 

Mən,bu yerdə bil,sənə

Gizəndim sirr adında !

Var Məçidə, kilsəyə

Xəyanət pir adında !

 

Mən ki,yuxu görmürəm

Yuxu yozasan mənə !

Gedib Tanrı olmadın,

Tale yazasan mənə !