"Çeşmə"  "Sənsiz keçən ömür"ü təqdim etdi

MƏDƏNİYYƏT 19:21 / 06.07.2026 Baxış sayı: 139

İyul ayının 5-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi.Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, AYB və AJB- nin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı.

Tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu məclis rəhbəri Lilpar Cəmşidqızı iştirakçıların bir daha nəzərinə çatdırdı. O, bu günkü məclisin, tanınmış ustad şair, publisist Vahid Çəmənlinin 70 illik yubileyinə və yeni çapdan çıxmış "Sənsiz keçən ömür" adlı kitabının təqdimatına həsr olunacağını qeyd elədi.

Lilpar xanım iştirakçılara söz vermədən öncə yubliyarı təbrik edib ən xoş arzularını bildirdi və şairə həsr elədiyi qəzəli səsləndirdi.Yığıncaqda ilk olaraq söz bu yaxınlarda 80 illik yubileyi və iki cildlik "Divan" larının təqdimatı keçirilən şair- qəzəlxan, bəstəkar Hüseyn Sözlüyə verildi. Tanınmış şair yığıncaqda Aşıq Ələsgərin yaradıcılığından danışdı və Dədə Ələsgərin adını daşıyan otaqda belə bir məclisin keçirilməsinin əhəmiyyətli olduğunu qeyd elədi və yubliyara h

əsr elədiyi şeirini səsləndirdi. Sonra söz "Sarı Aşıq" Ədəbi Məclisinin sədri, tanınmış şair, təcnis ustası, AYB- nin üzvü Adil Cəfakeşə verildi. O da məclisə xeyir- duasını verəndən sonra yubliyara həsr elədiyi şeiri və başqa şeirlərindən səsləndirdi. Söz tanınmış şair, "Qoşma" ƏM- nin Poeziya bölməsinin rəhbəri Əzizə Ağahüseynqızına verildi.Əzizə xanım "Çeşmə ƏM- nə uğurlar arzulayıb, belə ədəbi məclislərin nə qədər vacib olmasından danışdı. İndi fəaliyyətini dayandırmış "Qurbani" məclisinin şairlərin inkişafında nə qədər əhəmiyyət daşıdığından və özü də o məclisdə bir şair kimi püxtələşməsini qeyd eləyib, şeirlərindən bir neçəsini səsləndirdi.

Ardıcıl olaraq şairlərə bir- bir söz verildi. Məclisin daimi iştirakçısı, AYB- nin üzvü, şair İldırım Əlişoğlu Qəhramanova söz verildi. Hörmətli şair tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən bir neçəsini səsləndirdi. Sonra söz tanınmış tənqidçi, AYB-nin üzvü , şair Xaqani Abbasəli Öztürkə verildi. O da ədəbiyyatımızda olan nöqsanlardan, sözün mədəni inkişafımızda əhəmiyyətindən danışdı, şeirlərindən səsləndirdi. Məclisdə Lənkərandan gələn, tanınmış ustad şair- qəzəlxan Əhməd Haqsevər də iştirak elədi. O da məclisə uğurlar diləyib, yubliyarı təbrik edəndən sonra şeirlərindən səsləndirdi. Lilpar xanım məclisdə ilk dəfə iştirak eləyən şair qardaşlar Rövşən Xaləddinoğlu və Qulu Xaləddinoğluna söz verdi.

Onlar da dəvət üçün məclis rəhbərinə təşəkkürlərini bildirdilər və şeirlərindən bir neçəsini səsləndirdilər. Məclisdə 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi- şair Qafqaz Eyvazova və şair Xəyyam Avşara da söz verildi. Onlar da şeirlərindən bir neçəsini səsləndirdilər. Məclisin sonunda iştirakçılar, Vahid Çəmənlinin sözlərinə, Hüseyn Sözlü tərəfindən bəstələnmiş lirik mahnını dinlədilər. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı. Lilpar xanım məclisin fəaliyyətinə bir aylıq fasilə veriləcəyini və növbəti məclisin sentyabr ayında keçiriləcəyini şairlərin nəzərinə çatdırdı. Son

da "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.