Bəhram Bilaloğlu - Dünya fani demə, ey dost
Dünya fani demə, ey dost,
Bu dünyada izlər qaldı.
Müsafirlər kitabından
Yaddaşlarda sözlər qaldı.
\
Dörd fəsildən qopdu, getdi
Yarpaq-yarpaq səhifələr.
Xatirələr dolaşanda
Yada düşdü lətifələr.
Bəzən gülüş, bəzən qəmli,
Oxuduğum cümləsiz siz.
Fanilikdən ötən ruhlar,
Adamlara qibləsiz siz.
Duyanlara salam olsun,
Gedənləri yad etdilər.
Qoruyaraq sərvətini,
Gələn nəslə ad etdilər.