Ağaevli Əli Hacı - Sənə
İndi,çətin yaşamaq,
Ona,buna qarışmaq !
Öz oduna alışmaq,
Dili öyrədim sənə !
Cır yaxamı, gendə dur
Olmamağ-gendə qüsur !
Haram yeyənlər qusur,
Əlin öyrədim sənə !
Bir yaşmaq tut üzünə,
Dağı unut düzünə !
Elə oxşat sözünə ,
Eli öyrədim sənə !
Çox dərdimin azı var,
Dərdə də tamarzı var !
İçimdə bir arzu var,
Olu öyrədim sənə !
Şah olsanda kölə öl,
Şaxta vuran gülə öl !
Gəl, könlümdə elə ol
Ölü öyrədim sənə