Şakir Xanhüseynli - İKİ BİR
Ədəbiyyat
09:04 / 06.07.2026
Baxış sayı: 347
2
***
Əlim, bir parça çörəyə çat, çat, əlim, çat,
çat-çatam, çat-çat--
əlim çat, ayağım çat, ürəyim çat-çat...
2
**
biz ki
quru-quru gəzib ayağımıza su veririk, gözümüzə su veririk
quru-quru hər şeyə
baxaraq elə...