Fərhad Tapdıqoğlu - Gecə və mən
Düşüncələr
Axşam düşdü,gecə gəldi...
Ömrümüzə,həyatımıza yeni bir gecə gəldi.
Qapqara libasını Yer üzünə sərdi gecə...
Növbəti gecə gəldi ömrümüzə.
Ustad şair Əbülfət Mədətoğlunun bir duasını xatırladım:
"İlahi ,əlimi açmışam sənə,
Dərddən uzaq olaq,kədərdən qaçaq.
Butün gecələri iş avandlığı ,
Bütün səhərləri xeyirlə açaq "
Gecəniz xeyir olsun,xeyirli olsun.
=
Gecənin az qala bağrı yarılacaqdı təklikdən,qorxunc səssizlikdən...
Bərk qorxmuşdu gecə,dili -ağzı qurumuşdu ,boğazından su da keçmirdi gecənin...az qala şəkər xəstəliyinə tutulacaqdı gecə qorxusundan...
Mən gecənin yanına getdim ,baş-başa verdik ,dərdləşdik...
Hər gecə ilə olduğu kimi,bu gecə ilə də dostlaşdım,söhbətləşdik...
İndi nə gecə tənhadır,nə də mən...
Gecə ilə dostluğumuz əbədidir.
Çox mehribanam gecələrlə,aramızdan su da keçmir...
=
...Gecənin rəngi yavaş-yavaş ağarır...
Niyə ağarır,gələn səhərdənmi qorxur?!
Bəlkə də...
Qapqara gecə ağaappaq ağarıb yox olur...
Mənimlə sağollaşdı,getdi gecə...
Yatmağa getdi.
Yorulub, getdi yatmağa gecə.
Dan yeri qızarır...
Niyə qızarır görəsən ?
Bəlkə abır- həya qızartısıdır?
Nə bilim...
Bəlkə gələn səhərdən utanır ?
Axı səhər gəlir ...işıqlı ,nurlu səhər...
Unutmayaq ki, hər qaranlıq gecənin bir işıqlı səhəri var!
Həyatımıza yeni bir səhər gəlir!
Gəl,səhərim ,gəl!
Yeni səhəriniz mübarək!