Xanım İsmayılqızı - GET

Ədəbiyyat 11:45 / 07.07.2026 Baxış sayı: 375

Oda düşmək üçün bir nəfəs yetər,

Alovun içində hissdə azaq, get...

Yananın üzünə dik baxmaq olmur,

Gözləri gözlərlə göydən asaq, get...

 

Özün Özünü də vura bilərsən,

Yerdən uzaq yuva qura bilərsən,

Nə burda, nə orda dura bilərsən,

Bir kağız, bir qələm gətir, yazaq, get...

 

Bədəndi - ruhuna geyilib, qalıb,

Addı - hərf-hərf döyülüb, qalıb,

Göydən əl uzadan əyilib qalıb,

Bu səsə baş qoşma, səsdən uzaq get...

07. 07. 2026