Şakir Xanhüseyn -İTHAF şeiri
İTHAF şeiri
dost, məndən
nə gözləyirsən?
günlə gündün, ayla aydın;
bir zamanlar qiblə yönüm-
hər yandan sənə sarıydım...
Hamıdan biri oldun, bax,
vaxt bizi dəyişir necə...
yenə bilmək istəyirəm:
kefin necə? işin necə?
qəlbin qaydasınca vurur?
düzünü de, çapır atın?
mən bilmirəm üstümdən
yorğunluğu necə atım...
İndi ağır bir haldayıq,
nə olsun yerlər, göylər var;
görürəm ki, öz yoluyla
heç getməyən bir şeylər var...
dost, əvvələ qayıdımmı,
ta xatirəndə od yoxdu,
sənlə bir vuran ürəyim
var idi, indi o yoxdu...
böyük sandığımdan kiçik
olana daha nə sözüm;
yenə arzum:
yetmişinə yaxınsan ha,
astanasına çat yüzün!..
09.04.2026