Zəka Vilayətoğlu - GƏRƏK

Ədəbiyyat 09:49 / 11.01.2026 Baxış sayı: 691

Bəzən ovçu ikən ov olmaq da var,

Qovanda, qaçanda düşünmək gərək.

Qovarkən, qəfildən qovulmaq da var,

Tutduğun hər işdən üşünmək gərək.

 

Zirvəyə aparan yol yoxuş olur,

Müdam yan-yörəsi kol-koğuş olur,

Ömürdür, həyatdır, eh, çox iş olur,

Enincə zirvədən, xoş enmək gərək.

 

Bir zaman dost olur, düşmən sandığın

Dönüb düşmən olur candan yandığın

İçində çox sirr var, Dünya "sandığın"

Eyib olanından yaşınmaq gərək!

Zəka Vilayətoğlu

10.01.2026