Şövkət Zərrin Horovlu - Bir il də yel kimi keçdii yanımdan
Bayram oldu,heç bilmirəm neyləyim…
M.P .Vaqif
Bir il də yel kimi keçdii yanımdan,
Yenə də darılıb kövrələn mənəm.
Gələndə ömrümə nə gətirdi ki,
Gedəndə dalınca heyifsilənəm?
Qaz da nahalaşdı,işıq da yenə,
Evimi, odamı necə isidim.
Pul qabım da məndən sanki utanır,
Bilmirəm gözümü hara gizlədim .
Kasıbın ağzına daş basır zaman,
Kürsüyə dırmaşıb ağıldan kəmlər.
İlahi, bunlarda “fərasətə “ bax,
Bu boyda ölkəni diri yeyirlər.
Gümanım şeirə,qələmə gəlir
Ona da bazarda məhəl qoyulmur.
Zaman,şairləri gözündən salıb,
Bir qələm ,bircə gün qarın doyurmur.
Bu il də yanımdan ötdü xəbərsiz,
Ay ömür ,darıxma, yenə döz,-dedim.
İnanıb verilən boş ümidlərə,
Gələn təqaüdün yolun gözlədim.