Sabir  Zəkullaoğlu - Bəylə gəlini gözləyən ailələr i

YAZARLAR 09:52 / 03.06.2026 Baxış sayı: 655

Bəylə gəlini gözləyən ailələr illər sonra yenidən birləşdilər.

Bu sevinc, paylaşılan gülüş və şirin söhbət dolu ziyafət nişan mərasimi idi. Bu günkü həyəcan dolu anlar zamanın heç bir ölçü vahidinə sığmırdı. Bu zamanın kompensasiyası yox idi. Bu anlar zamanın özündən çalınan anlar idi.

Nahardan bir az vaxt örtmüşdü. Dumanlı, azacıq günəşli səmanın altında gözəl bir anın yaşanmasına səbəb olan gəlin və bəyin maşını göründü.

Xoşbəxtlikdən parlayan cütlük maşından düşdü.

Fərəh hündür boyuna və ağ bədəninə yaraşan, açıq-saçıq, ağ gəlin paltarı geyinmişdi. Onun sadə saç düzümündən kiçik ağ çiçəklər görsənirdi.

Tuncay da bədəninə biçilmiş, tünd göy rəngli kostyumdaydı.

Ailə nigah mərasimini müşayət etmək üçün bələdiyyə binasına daxil oldu. Kreslolar qoyuldu, hamı oturdu.

Sonra musiqi çalmağa başladı: - bəylə gəlini skripkaçı müşayiət edirdi. Onlar zala daxil oldular. Zalda prokurorluğun əməkdaşı olan iki xanım onları qarşılayıb, Mülki Məcəllənin qarşılıqlı hüquq və vəzifələrinə dair maddələrini oxuyub, onların razılıqlarını aldılar.

Artıq bəylə gəlinin evli olduğu elan edildi. Onlar şahidləri ilə bərabər reyestrə imza atdılar.

Sonda onlara nikah şəhadətnaməsi və ailə qeydiyat kitabçası verildi.

Sonra ziyafət Bələdiyyənin qarşısında açıq səma altında, özündə toy havasını ehtiva edən yaz ətirli may günündə öz açılışını elan etdi.

Budur, gəlin və bəy meydana çıxdılar.

Hamı onları “yaşasın bəy-gəlin” deyərək alqışladı...

Məclis iştirakçıları özündə sevgi ifadələrini müşaiyət edən jestlərlə xoşbəxtlik simvolu olaraq saysız-hesabsız qurudulmuş gül ləçəklərini onlara atdılar.

Və hamı skripkaçının möhtəşəm alətiylə ifadə etdiyi o sehrli səsə qulaq asırdı.

Məclis alovlandı, qəlblər coşdu və şampan şərablarının partlayış səsləri sankı öz köpükləriylə ətrafa xbəxtlik səpirdi.

Sonra fotosessiya oldu.

Hər kəs bu xoşbəxt anları tarixin yaddaşına çöhrəsində təbəssüm yaradaraq köçürməyə çalışırdı.

Sonra axşam yeməyi gəldi.

Beləcə bəşəriyyət daha bir xoşbəxt günə imza atdı...