Elnur Uğur - Ağrılarıyla baş- başa

Ədəbiyyat 10:00 / 02.06.2026 Baxış sayı: 344

Ağrılarıyla baş- başa,

Bu adam nə çəkir,Allah?

Dözür, qəlbdə hər şükründə

Min şeytan diz çökür,Allah!

 

Üz tutduğu adamların,

Üzü özünə dönükdü.

Hər dönən üzdə anlayır,

Özü özündə bir yükdü.

 

Yollar haçalı sağ- sola,

Ortada bu dəli təkdi.

Hər addımından qan damır,

Təklik tək acı gerçəkdi.

 

Sükutun hayqırtısından,

Qulağı kar bu adamın.

Hara baxırsa ağ görür,

Gözləri, kor bu adamın.

 

Əməlim təməlin yazır,

Bu adam sonradır sona.

Ey çiynimdəki mələklər,

Şükür sizi yaradana