Sədaqət KƏRİMOVA - HARA GEDİRİK?

Ədəbiyyat 11:00 / 21.09.2026 Baxış sayı: 96

 

Dəyişib dünyamız, dəyişib yaman,

Hər yanda at çapır fitnəylə yalan.

Dəyişib zamanın al-əlvan rəngi,

Pozulub əvvəlki həyat ahəngi.

 

Öyrəşə-öyrəşə saxtaya, qəlpə,

Ağrını, acını yığırıq qəlbə.

Əvvəlki təzə-tər duyğular hanı?

Seçilmir dünyanın qürubu, danı.

 

Günahkar sayırıq kimisə elə,

Söyüb danlayırıq belədən-belə.

Əslində dəyişən, dönən özümüz,

Alışan özümüz, sönən özümüz.

 

Gözəl dünyamızı nişana alıb,

Halal ruzimizi urvatdan salıb,

Biz hara gedirik, hara görəsən?

Hanı o çağlar ki, saflıq dərəsən?

Gedir uzaqlara ümid qatarı,

Yaxşı nə vardısa alıb aparır...