Əbülfət Mədətoğlu : - Fərəhli günün ŞEİRİ
Gündəm
10:15 / 03.06.2026
Baxış sayı: 424
Gör necə şıltaqlıq edir
Təbəssümü də nazdı, naz...
Ürəyim yanınca gedir -
"Ürəyim!" demək azdı, az!
Qarşıma Günəş tək şıxdı
Üstümdən buludu yığdı...
Kökləyib köksünə sıxdı -
Ruhum onunçün sazdı, saz!
Bilir yaşayan nəsillər
Şehli ləçəklər əsirlər!
Səninlə bütün fəsillər -
O gündən mənə yazdı, yaz!..
Ömrün- günün gərək fidan
Barın dadıb, dərək Fidan!
Sən bəxş edən , fərəh, Fidan
Doymuram, mənə azdı, az...