Xəyalə  Sevil - Sevməyi demirəm heç

Ədəbiyyat 12:00 / 24.10.2026 Baxış sayı: 119

Sevməyi demirəm heç,

Daha sevgi yoxdu bu axmaq üçün.

Baxdım ürəyimin künc-bucağına,

Birini tapmadım unutmaq üçün.

Elə bil, heç olmamısan.

Taleyim səndən qalanı

Süpürüb, silib gedir.

Soyuyub aramız xatirənlə də,

Arada gəlib gedir.

Ömrün çoxu keçibdi,

Nə var, azında nə var?!

Bu qışı da keçirək,

Görək yazında nə var?!