Rafail Inceyurd Ismayilov - SƏRGİ
Ədəbiyyat
15:47 / 25.10.2026
Baxış sayı: 180
-Sən də Ekspoda varsanmı, şair?
-Yox, orda nə gözüm, nə də yerim var.
-Orda nə görürsən gerçəyə dair –
-Nüfuz söhbətidi bu yarışmalar.
Tutalğac etmədim boz alqışları,
Ən pisi özündə azmaqdı, dostum.
Narahat etmərəm dost-tanışları,
Mənimki oturub yazmaqdı, dostum.
Gah kədər zor gəlir, gah mən əyirəm,
Mənasız olmadı ömrüm, hər nədi.
80-dən bu yana sərgiləyirəm,
Mənim kitablarım könüllərdədi.
25.10.26