Salam Sarvan - Darıxma,düzəlməyəcək...
Ədəbiyyat
16:03 / 24.10.2026
Baxış sayı: 97
Nə qalan kimi qalıram,
nə gedirəm gedən kimi.
Bir yekəpər Ölüm gəzir
yanımda Cangüdən kimi.
Deyəsən dəli oluram,
qılan yox əlac başıma:
gövdəsindən dırmaşıram
yıxılmış ağac başına.
Ya sök, ya tik, nə fərqi var,
bu daxma düzəlməyəcək.
Gəl sənə təsəlli verim:
darıxma, düzəlməyəcək!