Adil Şirin - Biz dağlarda doğulduq

Ədəbiyyat 13:30 / 24.10.2026 Baxış sayı: 121

* *

Biz dağlarda doğulduq,

Dağların oğlu olduq.

Qardaşa qardaşıq biz,

Dostlara sirdaşıq biz.

 

Könül verdik dünyaya,

Günə, ulduza, Aya.

Kökümüz torpaqdadı,

Könlümüz Allahdadı.

 

Bu yurda Vətən dedik,

Namərdə düşmən dedik.

Min dərdin bir davası,

Havamız cəng havası.

 

Yaylaqları səfalı,

İgidləri vəfalı.

Göydə sapsarı hilal,

Canımız yurda halal.