Fərhad Tapdıqoğlu - Kəlamlar
Əgər insanların gözlərinin içinə düz baxa bilirsənsə,deməli şərəfli ömür sürürsən.
=
Qlobal istiləşməyə doğru getdikcə, insanlar arasında münasibətlər soyuyur...qonşunun qonşuyla...qohumun qohumla...
=
Bəlkə qaranlıq gecələri işıqlandıran Ay deyil, həmişəsəhər üzlü insanların işiq,nur toplusudur?
=
"Kiçilə-kiçilə böyüyənlərin " fiziki boylarının ölçülərindən asılı olmayaraq,mənəvi boyları kiçik ,qısa olur.
=
Məsuliyyət hissi ən dəyərli hiss,məsuliyyət yükü ən qiymətli yükdür.Məsuliyyətli adam isə mənəvi zənginlik daşıyıcısıdır.
=
Ürəkləri laləzər olan insanların adətən ciblərində "quraqlıq " olur.
=
Ölməkdən qorxma,ölə-ölə yaşamaqdan qorx.
=
Pul yığmaq ,sərvət toplamaq ,varını- dövlətini artırar,
xeyirxah olmaq,səxavətli olmaq hörmətini,şöhrətini...
=
Yüksək vəzifə böyük adamlar üçün böyüklüyün,
alçaq adamlar üçün alçaqlığın yüksək mərtəbəsidir...
=
Görən gözlərinə lap qızıldan eynək tax...qəlbinin gözləri kordursa heç nə...
=
Var-dövləti ,xəzinəni özlərinə dost seçənlərin ,həyatda gözəl dost kimi xəzinələri çətin ola.
=
Ehtiyacın əydiyi insanların qədd-qaməti ,qocalığın əydiyi qədd-qamətdən daha çox ağrı,əzab,əziyyətl verər.
=
Minnətlə verilən çörəyi,xörəyi yeyən adamın ağzı dada gəlməz.
=
Saxtakarlığı doğuran səbəblər:
yaltaqlıq,qorxu,rüşvət...
Saxtakar ziyalılar cəmiyyətin bədxassəli şişləridir.
=
Köhnə kişilərdən ol,köhnəlmiş kişilərdən yox.
=
Gücünə güvənin yoxdursa,gücənməyinin heç bir faydası olmaz.
=
Yaltaqlığı özlərinə həyat yolu seçənlərdən xeyirxahlıq gözləmə.
=
Yemək xatirinə səninlə dostluq edən adamdan, qabağına bir sümük parçası atdığın it daha sədaqətlidir.
=
Eşşəyin belinə çul ( palan) əvəzinə yəhər qoysan belə ,ona at deyil,yenə eşşək deyəcəklər.
=
"Daldan atılan daş dəyər topuğa",arxanca danışılan söz bənzər lopağa.
P.S.Lopağ-şişirtdiyin ordundakı hava( sənə ziyan gətirməz)
=
İçimdə məskən salan dərdlərim dəlləklik edirlər orada.
=
Hər qızıl gəzdirən qızıl xasiyyət daşıyıcısı deyildir...
Sadəcə qızıl daşıyandır.
=
Sənə qulaq asmayana nəsihət vermək ,daşlıqda,çınqıllıqda saf toxum əkib,məhsul götürmək istəyi kimidir.
=
Gözlərindən bir damcı yaş çıxmayan daş ürəkli adamları soyduğu soğan da "ağlada bilməz".
=
Dili,ağzı zəhər olanın nəinki "halva-halva " deməklə,heç halva yeməklə də ağzı şirin olmaz .
=
Adamlar var "yekəlib" "vəzifə" alırlar.
Adamlar var pillə-pillə yüksəlirlər... böyüyürlər ...onlara vəzifə verirlər.
=
Tamahkar olmayan adamın şad,sevincli günləri,qəmli,kədərli günlərindən qat-qat çox olur.
=
İnsanların gözlərində yüksəlməyi bacarmayanlar,öz gözlərində yüksəldikləri mərtəbədən tez yıxılarlar.
=
Əgər ailədə mehribanlıq, əmin-amanlıq şəraitində ,qazancınla kifayətlənib ,sağlam canla yaşayırsansa ,çox böyük nemətlərə sahibsən.
=
Dərdlərim kökəlib,qəşəngləşib,yanaqlarından qan damır.
=
Təmiz ürək elə bir yerdir ki,orada nə qədər çox adam məskunlaşsa belə təmiz qalar,çirklənməz.
Çünki təmiz,saf ürək çirk götürməz.
=
"Mən Allahdan başqa heç kimdən qorxmuram"- deyən adam,Allahdan qorxma ,Allahın sənə olan sevgisini itirməyindən qorx.