Saqif Qaratorpaq - Bu yuxudan oyansam...
Ədəbiyyat
12:11 / 03.06.2026
Baxış sayı: 345
***
Bu yuxudan oyansam,qaçıb sənə gələrəm,
Pozaram səsizliyin daş kimi sükutunu.
Hər sözünü dinləyib,hər dərdini bölərəm,
İstə,sənə verərəm ürəyimin odunu.
Hamıdan tez oyanıb səhər küləyi kimi,
Sevincimi,sevgimi yollarına səpərəm.
Anasından ötəri darıxan uşaq kimi
Saçını sığallayıb,əllərindən öpərəm.
Heca-heca oxuyub səni başdan ayağa,
Nəfəsinə isinib,ətrinə bayılaram.
Nəğmə tək çiçəkləyib dadağında hər gecə,
Ruhuna ayna tutub,könlünə yayılaram..