"Tənha adamın duası" adlı şeirin Bədii Təhlili:
Sən bəndənin əlin paya -
Açdırma, nolar İlahi!..
Gün qismətin saya, saya -
Çaşdırma, nolar ilahi?!.
Arayarkən ümid izin
Sürünməkdən qaldır dizin.
Qədərincə güldür üzün-
Daşdırma, nolar , İlahi!?.
Sənə bəlli ülfətimin
Sözdü gücü bil,fəthimin!
İpini çək, xiffətimin-
Boş durma, nolar, İlahi!
Baxıram bu dərd qoşuna..
Gəlmir gözümün xoşuna !
Əbülfəti çox boşuna -
Coşdurma, nolar, İlahi!...
Əbülfət Mədətoğlunun "Tənha adamın duası" şeiri insanın Tanrı qarşısında öz acizliyini etiraf etməsi və daxili hüzur axtarışını əks etdirən səmimi bir münacatdır.
Şeirin əsas mövzusu insanın tənhalığı, mənəvi sıxıntıları və Allaha sığınmaq ehtiyacıdır. Müəllif maddi deyil, mənəvi tarazlıq və daxili dinclik diləyir.
"Ümid izin arayarkən", "dərd qoşunu" kimi ifadələr insanın çətinliklərini əks etdirir.
"İlahi" müraciəti şeirin poetik ruhunu və bədii təsirini artırır.
Şeir ənənəvi qoşma janrında, sadə və axıcı xalq dilində yazılmışdır."Açdırma", "çaşdırma", "daşdırma", "coşdurma" rədifləri şeirə daxili bir ritm və xüsusi musiqililik qatır.
Son misrada müəllif öz adını (Əbülfət) çəkərək kədərini gizlətmir. O, dərdlərin qarşısında boş yerə üsyan etmək yox, səbirlə Allaha təslim olmaq istəyir.
Sizə cansağlığı, bərvəkətli ömür və bütün işlərinizdə uğurları arzulayıram, Şair!
Sevil Azadqızı
Azərbaycan dili və ədəbiyyatı müəllimi. Filoloq. AJB-nin üzvü.
Ədəbi təhlil-tənqidçi. Yazar- publisist
01.06.2026