Şakir Xanhüseynli - AĞ KÖLGƏLƏR
Ədəbiyyat
09:43 / 01.06.2026
Baxış sayı: 429
bir də görürsən üzünə elə bil
kölgə salırlar,
gözünün altı kölgələndi,
sanki hardansa bir qaraltı endi, endi
düşdü üstünə...
al günün altında kölgədə gəzən kimi
hiss edirsən özünü,
düşünürsən bəs bu kölgə
nə...
göydən uçan quşun da
dünyanı bürümüş kölgəsi varmış kimi,
deyirsən bir kəpənəyin kölgəsində
bütün güllər, çiçəklər
bürüşüb sola bilər;
hə, ola bilər...
ağır kölgələr keçir üstümüzdən, ağır,
san ki, bu ağırlıq nə yerə, nə göyə sığır...