Adil Şirin - Yağış qoxusu gəlir

Ədəbiyyat 19:09 / 01.06.2026 Baxış sayı: 269

* * *

Yağış qoxusu gəlir,

Buludlu havadan.

Bağda bir nəğmə ürküb

Uçdu isti yuvadan...

* * *

Küçə fənərlərinin

İşıqları titrəyir,

Gecənin qoynunda külək tövşüyür.

Pəncərəmə düşən işıq

Yuvasız quş kimi

Çırpınır... titrəyir... üşüyür...

* * *

Uşaqlıq xatirələri kimidir

İndi gördüyüm yaz yuxuları.

Yuxudan ayılıram,

Yastıgımda

uşaqlıgımın şirin qoxuları...