Elnur Uğur - Sənmisən?

Ədəbiyyat 09:31 / 01.06.2026 Baxış sayı: 396

 

İçimdə üsyanlar bəzən,

Ağ oluram öz üzümə,

Sonra dönüb öz- özümə:

Həqiqətən,bu sənmisən?

 

İçimdə mən məni vurur

Məndən bir mən öndə durur.

Sualla üzümə durur:

Həqiqətən, bu sənmisən?

 

Günəşdi içimdə batan,

Yox nəsə könlümə yatan,

Baxır məni oda atan:

Həqiqətən,bu sənmisən?

 

Küəklərtək dəyişirəm,

Səssizliklə döyüşürəm,

Bu suala öyrəşirəm:

Həqiqətən,bu sənmisən