Bakı Bələdiyyə Teatrı mövsümü İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər” tamaşası ilə başa vurdu
İyulun 8-də Bakı Bələdiyyə Teatrı 34-cü teatr mövsümünü “Məhv olmuş gündəliklər” tamaşası ilə bağlayıb. Klassik Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanan tamaşa Mərdəkan Mədəniyyət Sarayında nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov rayonda belə mədəni tədbirlərin keçirilməsininönəmindən bəhs edib.O bildirib ki, milli dramaturgiya nümunələrinin tamaşaçılara təqdim olunması istiqamətində həyata keçirilən layihələr cəmiyyətin mədəni həyatının zənginləşməsinətöhfə verir.
Tədbirdə çıxış edən 14 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə millət vəkili, Milli MəclisinMədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva milli mədəniyyətimizin qorunması və təbliğinin dövlətimizin genişmiqyaslı siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirib. Deputat klassik ədəbi irsimizin teatr səhnəsində yaşadılmasının əhəmiyyətini vurğulayıb.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti MərahimFərzəlibəyov çıxışında İlyas Əfəndiyevin yaradıcılığından, onunla uzun illər davam edən əməkdaşlığındansöz açıb.
Daha sonra səhnə əsəri geniş tamaşaçı auditoriyasına təqdim olunub.
Qeyd edilməlidir ki, İlyas Əfəndiyevin 1969-cu ildə yazdığı “Məhv olmuş gündəliklər” pyesi Azərbaycan teatrlarının səhnəsində bir çox rejissorlar tərəfindən uğurla tamaşaya qoyulmuşdur.
Bakı Bələdiyyə Teatrının baş rejissoruMərahimFərzəlibəyovİlyas Əfəndiyevin bir çox pyeslərinə səhnə həyatı verib. “Məhv olmuş gündəliklər” pyesi Xalq yazıçısının MərahimFərzəlibəyovtərəfindən səhnələşdirilən sayca 11-ci pyesidir.
Tamaşada rolları Zülfiyyə Məmmədova, İlqar Musayev, Nigar Babayeva, Gülsabah Quliyeva, Toğrul Rza və Məmmədağa Əlilicanzadəifa edib.Səhnə əsərinin quruluşçu rəssamı, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur.
Tamaşa Xəzər rayonunun sakinləri tərəfindən böyük maraqla izlənilib və gur alqışlarla qarşılanıb.