Ehtiram Ilham - Belə

Ədəbiyyat 21:27 / 09.07.2026 Baxış sayı: 184

*****

Bəxtimizə sən yazıldın,

Ey kaş, olmayaydın belə.

Bu göyün o yerdən dolur...

Boş-boş dolmayaydın belə.

 

Yanmayaydıq ocağında,

Donmayaydıq sazağında.

Tovuzunda, Qazaxında

Yurdu salmayaydın belə.

 

Göz açandan səni gördük,

Gəlib öydük, varıb söydük.

Yolunda bir canı verdik

Ki, sən ölməyəydin belə.

 

Ən xoş könüllərdə adın,

Vətən - sən ən doğma yadım.

... Sən firavan olmalıydın,

Miskin qalmayaydın belə.

09.07.26.