MƏMMƏD QƏDİR - Qara çəkir.
Ədəbiyyat
10:20 / 09.07.2026
Baxış sayı: 337
Eşqi aça bilmir bu qız,
Buza yazır, qara çəkir.
Çox da bəylər cibindədi,
Çəkdiyini "qara" - çəkir.
Qıyqacı baxır, yan durur,
Ürək dayanır, qan durur,
Həsrəti elə yandırır,
Ürəyimi qara çəkir.
Mələk bilirdim, insandı,
Mələk olsaydı asandı,
Məhəbbətin kor rəssamdı,
Hər günümü qara çəkir...