Ağaevli Əli Hacı - Bir,yarpaq düşdü üstümə

Ədəbiyyat 09:05 / 09.07.2026 Baxış sayı: 744

Bir,yarpaq düşdü üstümə,

Qoydum kitab arasına !

Vərəqləri qurban verdim,

Bir yarpaq yarasına !

 

Yeri ağ-appaq,

Səsi öz içində !

Qəriblik bu deməkmiş-

Ayrılırsansa köçündən !

 

Ağaclarda yağır payıza,

Yarpaq-yarpaq !

Görünür bu sayaq,

Ağacdan da su içir torpaq !

 

Biz də,yağırıq

Vaxtın bitdiyi dəqiqələrdən !

Bircə bir yarpaq hələ ki,

Su içir ağ vərəqlərdən !