İdris  Babayev -  ÖMRÜ KİŞİ KİMİ VURARSAN BAŞA

Ədəbiyyat 21:16 / 09.07.2026 Baxış sayı: 172

 

Yaltaqdan, yalandan sən olsan uzaq,

Sevinc paylayarsan sən qucaq- qucaq,

Zəlilə, yetimə olarsan dayaq,

Nə Xan tanıyarsan, nə bəy, nə paşa,

Ömrü kişi kimi vurarsan başa.

 

Heç zaman zalımdan umma ədalət,

Doğru danışmağı sən eylə adət,

Namərdə baş əyib, çəkmə xəcalət,

Olanda müşkülün desən qardaşa,

Ömrü kişi kimi vurarsan başa.

 

İdris, vəfa yoxdur, bil, ömrə daha,

Bu günün işini qoyma sabaha,

Əl aç, dua elə hər gün Allaha,

Bax onda atdığın ox dəyməz daşa

Ömrü kişi kimi vurarsan başa.

07.07.2026