Fərhad Tapdıqoğlu - Yumorlu kəlamlar

YAZARLAR 08:44 / 09.07.2026 Baxış sayı: 358

 

Bir az da təbəssüm

 

Qadın evin işığıdır,"tokudur" ( cərəyanıdır).

Ailə qanunlarını pozma,özünü gözlə "tokdan",ehtiyatlı ol,yoxsa...

=

Bəs qədər vurdu ...girdi arağın küpünə...

Üstündən də içdi şirə.

Səndirləyə-səndirləyə gəldi evinə...

Evində qırğın elədi arvad-uşağınan ....döndü şirə...

=

"Zırı"nan "pır"ı qanmayan "zırpı " adamlar...

=

Göstərmə sən "ətini",

Sən göstər sənətini.

P.S.Bəzi oxuya bilməyən "oxuyanlara".

=

Xalqa söyüd,məmurlara nöyüt( neft).

=

Onun "payını " verdi...bunun "payını " verdi...çoxlarının "payını " verdi...və özünün "payına" həbsxana düşdü...

=

Azərbaycan dilində işlənən yeni terminlər,yeni sözlər:

"Qatıqladı, quşladı,mən də onu qazladım"

=

TV-lərdə "Həkim məsləhətlərinin" sayı artdıqca,xəstəlik və xəstələrin sayı da durmadan artır.

=

"Haqq yoxdur" -deyə gileylənən dost," mənzil kirayə haqqı ,qaz pulu ,su pulu haqqlarının ..." olduğunu unutmusan?

=

Müğənni bol olsa,basılmaz Vətən...

=

İnsanlar passivləşəndə,tənbəlləşəndə hörümçəklər aktivləşib,onların yaşadığı məkanda tor qururlar...

Bu insanlara xəbərdarlıqdır...

=

Havanın başına hava gəlib.İntiqam hissi ilə coşub,qızarıb,pörtüb,yandırır bizi...

Azca abrı olanlar da,abırlarına qısılıb,səslərini çıxarmırlar.

=

Ağlın varsa,var gücün"

Bəlkə belə olsun:

"Pul gücü,sel gücü,

Pulun varsa ,var gücün"...

=

Evdə arvadına bir kəlmə söz deməyə cürəti çatmayan kişi ,şənliklərdə yerə tökülən şarlara bir gəliş gəlir ki...

Parta-part...

=

Əgər gözündə eynək eynəyini axtarırsansa...

=

Gözlərim selfi çəkir...

=

Bir çəllək havası var bir nəfərin.

Satmaq istəyir.Satışı vedrə ilə aparır.

Qiyməti razılaşma yolu ilə...

=

Villa,biznes...pullar olsun,

Nəyin varsa ,qoy bol olsun.

Çoxlu pul yığ ,banklar dolsun,

Milyonların nə ziyanı?!

( var-dövlət,sərvət ,pul hərisləri üçün).

=

"Eşşək işləyib,at isə yeyib,güc toplayıb".

Beynəlxalq səviyyədə ədalətsizliyə bax ki,güclər at gücü ilə müqayisə olunur,işləyən isə eşşəkdir.

=

Bir var kiməsə qışqırmaq,mübahisə eləmək...

Bir də var,hinduşka xoruzu kimi xoruzlanmaq...

=

Şəhərin üstünü toz- duman alıb,sanki "kukruzniklər " şəhəri dərmanlayıb.

=

İnsanlar arasında ən çox işlənən ifadələrdən biri:

"Filankəsdən niyə qorxursan,adam yeyəndir?"

=

"İştah dişin altındadır"-deyirlər.

Amma dişləri olmayan o qədər iştahlılar var ki...diri-diri udurlar...

=

Sevincli,fərəhli, xoş günlərimdən səs-soraq yoxdur.

Onlar deyəsən "söndürülüb,bəlkə də əhatə dairəsindən kənar düşüblər"...