QAYĞIKEŞ HƏKİM NƏSİBƏ XANIMA MİNNƏTDARLIQ
Mustafayeva Nəsibə Məsim qızı 13 noyabr 1975-ci ildə Qazax rayonunun
Hüseynbəyli kəndində anadan olub. Həmin kənddə orta məktəbi əla qiymətlərlə
bitirib.1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi
fakultəsinədə təhsil almışdır. 1999-2002-ci ildə Qazax Rayon Mərkəzi
Xəstəxanasında terapevtik, 2003-2021-ci illərdə travmatoloq-ortoped olaraq
işləmişdi.2012-2021-ci illərdə HMK-nin üzvü olmuşdu. Poliklinikada işlədiyi
müddətdə əhaliyə, xüsusilə həssas əhali qrupuna, birinci Qarabağ müharibəsi
qazilərinə nümunəvi xidmət göstərmişdi.Qazax RMX-da 2019-2020-ci illərdə
Covid xəstələrinin müayinə və müalicəsində, 2020-ci ildə Vətən Müharibəsi
Zamanı yaralıların qəbulu, müayinə və müalicəsində fəal iştirak etmişdir.
2021-2025-ci illərdə Qazax RMX PHŞ-də Sığortanın Təşkili və İnnovasiya
Şöbəsinin müdiri, göndərişlər üzrə məsul şəxs olaraq fəaliyyət göstərmişdir.
14 may 2025-ci ildən Qazax RMX PHŞ-nin Direktorunun Terapevtiv
xidmətlər üzrə müavini təyin olunub.
İki övladı var. Qızı ADPU-ni bitirib, işləyir. Oğlu ADİU-də bakalavr və magistr
təhsili alıb. Hal-hazırda hərbi xidmətdədir.
Bu yaxınlarda anam ağır xəstəlik keçirdi. Tez anamı Qazax Rayon Mərkəzi
Xəstəxanasına çatdırdım.Dedilər həkim Nəsibə xanıma yaxınlaşın. O, sizə köməklik edəcək.Yaxınlaşdım Nəsibə həkimə.Gözəl davranışı, səmimiyyəti bütün xəstələrlə səbirli davranışı mənə çox böyük təsir etdi.Onun yazıb göndərdiyi sənədlə biz Bakı şəhərinə müalicəyə getdik. Çox gözəl də nəticə aldıq. İndi anamın vəziyyəti yaxşıdır.Anama və həmçinin bütün xəstələrə göstərdiyi münasibətə görə Nəsibə həkimə öz dərin minnətdarlığımı bildirirəm. Ona bu çətin iş həyatında uğurlar can sağlığı arzu edirəm.Həmişə var olasız.Qazaxda Sizin kimi həkimlərə böyük ehtiyacız var.
Leyla Əliyeva.
Qazax rayonu
9 iyul 2026-cı il.