Bəhram Bilaloğlu : - Böyüyürsən ağac kimi

Ədəbiyyat 18:50 / 10.07.2026 Baxış sayı: 126

Böyüyürsən ağac kimi,

Bar həddinə çatmamısan.

Ekvaliptə can atandan,

Yarpağını atmamısan.

 

Yaşıllığa meyillisən,

Zövq oxşayır əsməyin də.

Bahar səndən bixəbərdir,

Şövq axsayır kəsməyində.

 

Yayı sevdirən yarpağın

Nəfəs verir qışda mənə.

Payız tökəndə yarpağı,

Ürək deyir: "Boşda mənə."

 

Güvəndiyim yaz qədərsən,

Torpağa köklənir bu ruh.

Böyüyürəm torpaq kimi,

Bayrağa kök atır bu ruh.

 

Tarixə nəzər salıram,

Ayrılanlar irs qoydular.

Nəfsə iman gətirənlər

Doymadılar, cib soydular.