Ələddin Əzimli - YARIQARANLIQ HƏYAT
Ədəbiyyat
13:33 / 10.07.2026
Baxış sayı: 327
" Sözlərdəki sən"dən
- Əllərim açılıb yağışa,
damlalar
döyəcləyir barmaqlarımı
anbaan,
dayanmadan.
Havadan
torpaq qoxusu gəlir,
ürəyimə
sərinlik hopur
islaq damarlarımdan,
yavaş-yavaş soyuyan
titrək barmaqlarımdan.
Uşaqkən
bir yulğun kolunun dibində
islanmağım
düşür yadıma.
O günlərin nuru
az da olsa,
işıq salır
yarıqaranlıq həyatıma