Ayaz Arabaçı - Səndən danışıram hər kimi görsəm
Səndən danışıram hər kimi görsəm,
Qəlbimi min yerdən dağlı buraxdın..
Özün də ayrılıb kor kimi getdin,
Məni də gözləri bağlı buraxdın..
Bircə qış yaşadıq,bircə yaz oldu,
Yanıldıq hesabda ömrü az oldu,
Bu eşqin şərabı doyulmaz oldu,
O qədər içdin ki,ağlı buraxdın.
Könlümdə heç kimin mehri-zad olmaz..
Göz yaşım Misirin nəhri-zad olmaz..
Səndən bilirdim ki,Şəhrizad olmaz,
Elə düz elədin nağlı buraxdın..
Çox sona sənəcən uçdu gölümdən,
Filmin ibarətmiş bircə bölümdən..
Qayıtmaz bu dəfə ruhum ölümdən,
Sən,sənə bağlanmış bağrı buraxdın..
Fikrimi apardın,yuxumu qatdın,
Ay kimi doğuldun,Gün kimi batdın,
Könlümü top kimi oynadıb atdın,
Yerində bir ovuc ağrı buraxdın..
Qəmlidi şəklnin payız fonları,
Sil mənim ömrümdən bir-bir onları,
At kimi kişnətdim telefonları,
Min dənə cavabsız çağrı buraxdın.