Polad Bülbüloğlunun "YouTube"-dəki əsərləri silindi

MƏDƏNİYYƏT 17:34 / 01.06.2023 Baxış sayı: 1845

Azərbaycanın tanınmış bəstəkarı və müğənnisi, xalq artisti Polad Bülbüloğluna məxsus olan “Heyif belə oldu” mahnısının “YouTube” platformasında icazəsiz və qanunsuz yerləşdirilməsi ilə əlaqədar olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət daxil olmuşdur.

Bu barədə   Yenises.az-a Agentlikdən bildirilib.

Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi tərəfindən məsələ ilə bağlı araşdırma aparılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, “Universal Azerbaijan Music” adlı YouTube kanalında “Gəl Ey Səhər” albomu formasında yüklənən fayllardan biri “Heyif belə oldu” kompozisiyasıdır. Bəstəkarın digər əsərləri də burada yerləşdirilmişdir. Bu kanal 2018-ci il 25 oktyabr tarixində “Folklore Azerbaijan Music Academy” adı ilə yaradılmışıdır.

P. Bülbüloğlunun müəllif hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə Agentlikdə əlaqəli hüquq sahiblərinin hüquqlarının kollektiv əsasda idarə olunması üzrə akkreditasiyadan keçmiş “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (Beat Music şirkəti üzərindən) ilə birgə “Universal Music Publishing Group” ilə əlaqə saxlanılmışdır. Görülmüş tədbirlər məticəsində “Universal Azerbaijan Music” YouTube kanalında qanunsuz yerləşdirilmiş əsərlərin silinməsi təmin edilmişdir.