Ağaevli Əli Hacı : - Bütöv Turan,Bütöv Azərbaycan adına ...

Ədəbiyyat 12:06 / 29.07.2025 Baxış sayı: 1572

 

Məni öz adımla çağırın daha,

Bu yurd sahibinin kimliyin varın !

Tövbələr qapısı gəzdiyimizdən,

gəzir uzaqlarda Ruhu Tanrının !

 

Min ildi ərəbin,farsın dərdini

çəkdik diri yerdə,ölü yerində !

Ruhumu söydülər öz sevdiklərim,

Atamı söydülər anam dilində !

 

Bir tikə çörəyə baş əyənlərim,

bölüb tikələnən yurduna əyil !

Əyil içindəki qisas hissinə,

əlində beşbarmaq orduna əyil !

 

İndi Təbriz deyir əlləri yalın,

Çində Uyğurların yolu haqq deyir !

Qıprızda,Kərkükdə Ruhum didərgin

Nəsimi Hələbdə Ənəl-həqq deyir !

 

Doğmadı ruhumun didərginləri,

Qaşqayı çağırsam odla gələcək !

Hazarlar qayıdıb Əfqan elindən

dərdimin üstünə atla gələcək !

 

İtirə bilmədim İtildən keçən,

Altaya baş əyib itən çayları !

Yenə səy eyləyib Yeniseyindən,

qəlbimin başında bitən çayları !

 

O,dağ dediyinin vüqarın qıran,

qanıyla torpağı sulayan Hunam !

Qadın arxasında boylananlara,

kişilik adına alayam-Hunam !

 

Qanla yazmılıbsa tarixim mənim

neynirəm bu yurdun kağız dastanın !

Sözün arxasında duran-kişiyəm,

mərdlik ölçüsüdü ağız dastanım !

 

Məni öz adımla çağırın daha,

Bu yurd sahibinin kimliyin varın !

Tövbələr qapısı gəzdiyimizdən,

gəzir uzaqlarda ruhu Tanrının !