Elşən Əzim : -  Xəyallara.

Ədəbiyyat 21:17 / 27.08.2025 Baxış sayı: 1904

Hamı məndən küsüb gedir

Çəkilir xəyallara.

Baxışlar ayrı düşəndə

Dikilir xəyallara.

 

Sən niyə küsdün ey, niyə?

Qaldım göynəyə-göynəyə.

Yollar saplanır iynəyə-

Tikilir xəyallara.

 

Demə ömrün sürüb ölür,

Vaxtı bada verib ölür.

Qız, burda bir qərib ölür

Bükülür xəyallara.