Şakir Xanhüseyn : - ÜÇ İLİN BİR GÜNÜ...

Ədəbiyyat 09:20 / 28.08.2025 Baxış sayı: 6465

 

28 Avqust 2017

***

qoru məni, ey göyüzü,

qoru məni yerüzündən...

28 Avqust 2016

***

yer yatağım,

göyü çəkirəm üstümə,

yenə ayaqlarım

qıraqda qalır...

28 Avqust 2013

OLMAYAN YERDƏ...

...Olmayan yerdə

öz dərindən özünə çarıq tik

Olmayan yerdə

barmağını sor da, qardaş...

Olmayan yerdə

başını divara vur.

Olmayan yerdə, buyur,

ciblərini yoxnan doldur...