Xəyalə Sevil : - Üzü sənə dayanmışam, İlahi,
Üzü sənə dayanmışam, İlahi,
Əllərini ver tutum...
Bu təklik də ürəyimdə
Adam kimi yer tutur.
Mən hər gecə yastığıma
Dağıtdığım
Fikrim, qayğım nə varsa
Gözlərimə toplayıram.
Baxışlarım çaparsa,
Tanrı duyar,
Tanrı alar məktubumu...
Yanağıma dalğa dəyir,
İçim dəniz.
Yıxılmışam, İlahi,
Elə bilmə
Mən dincimi alıram...
Ən uzaq, ən gözəl xatirələrdən
Sevincimi alıram.