Əlirza HƏSRƏT  : - GƏL AYRILIQ ÇƏKMƏYƏ

Ədəbiyyat 17:45 / 29.07.2025 Baxış sayı: 2799

 

Çətir tutdum səhrada,-

İzim qaldı arada.

Yağmaq olmaz burada,

Yağma buludum,gedək.

 

Eşq rəsmidir bu qübar,

Gözlərim qabar-qabar.

Solğun bir çiçəyim var,

Şehi bir udum,gedək.

 

Nəfəsin Göyə dəyə,

Hamı sənə baş əyə.

Gəl ayrılıq çəkməyə,-

Gedək umudum,gedək.