Fərhad Tapdıqoğlu - Atasının Suması,sonası
Balacalar üçün
--Divanın üstündə atdanıb- düşmə ay Suma!.Bir yerdə otursana.Qorxmursan divan sına?
--Necə, nə sına? Bəs oturum harasına?
--Otur elə ortasına...Otur minə qədər sana.
Suma incidi,küsdü,ağladı...
Atası baxdı onun gözlərinin qorasına,ürəyi ağrıdı.
Sakitləşdirdi Sumanı.Qucaqladı,saçını sığalladı,tumarladı.
Atası dedi Sumaya:
--Qulaq as,sənə bir hekayə
oxuyum.Adı belədir:"Dostu çətin gündə
sına"
Atası bu hekayənin bir az əl gəzdirmişdi orasına- burasına. Alınmışdı oxunaqlı,maraqlı...
Hekayə gəldi Sumanın xoşuna.Sakitləşdi Suma,atdanıb düşmədi,vaxt keçirmədi boş- boşuna...
Atası dedi ona:
-- Ay Suma,indi minə qədər saysana.
Saydı Suma,sayı çatdırdı sona.
Atası dedi ona:
-- Çox sağ ol atasının Suması,sonası.Ağıllı olsan,yaxşı oxusan,bilikli olsan ,olarsan atanın işıqlı səması...Mən bilirəm:
-- Atanın Suma qızı ,
Çəkəcək atasına.
O qoymaz ki,həyatda
Ata əyilə,sına.
Suma diqqətlə qulaq asdı.
Dedi atasına:
--- Mən yaxşı oxuyacam,ağıllı qız olacam.Qoymayacam heç
vaxt atam mənə görə utana,əyilə ,sına...
Atası dedi:
--Halal olsun atasının Sumasına,sonasına,
və işıqlı səmasına...
Suma çox sevindi, forslandı, nazlandı,qaçdı özünü atdı
atasının ağuşuna...