Saqif Qaratorpaq -Bilirəm.hayana gedir bu yollar
Bilirəm.hayana gedir bu yollar,
Nə qəm,gedənlərin mən də biriyəm.
Bəlkə də kiminsə qəlbində hələ
Göynəyən,üşüyən güman yeriyəm.
Nə vaxtsa qırılar ömür,nə vaxtsa…
Hardasa bir daşa yazılar adım.
Özümü yandırdı ahım gizlicə,
Ancaq bir kimsəyə heç yük olmadım.
Nədən cazibəsi özündən böyük,
Qəribə sirri var ana torpağın.
Həm gizli,həm aşkar hekayəsi var
Saralıb budaqdan düşən yarpağın.
Çəkir ağuşuna bu payız məni,
Rəngi nə gözəldi qürub çağının.
Bir adı sevdadı,bir adı kədər,
Nəğməyə çevrilən könül dağının.
Bir ürək sızlayır biri gedəndə,
Zülümdü həsrətin odunda yanmaq.
Getdim…yoxluğuma tez öyrəşəsən,
Sonra çətin olar məni unutmaq…
07.08.2025.