Zahid Sarıtorpaq - OLUR
* * *
“qan! qan!” deyən baxışların
tərs tərəfi “can.... can...” olur...
hər mələyin, məlakənin
alxışı da pünhan olur
bir adamı asırlar da
hökmünü sərt yazırlar da
məzarını qazırlar da
amma ruhu şan-şan olur...
boş şeydir bu umu-küsü
heç kim heç nə bilmir, düzü...
hər umudsuzun düz sözü
tək "can Azərbaycan...." olur...