Aləmzər Sadiqqızı - Mənim...

Ədəbiyyat 10:25 / 03.11.2025 Baxış sayı: 1142

 

Min şeir yazıldı, minlərcə tərif,

Özümə dərd olan gözlərim mənim.

Yazılsa dünyanı fəth eləyərdi,

Yaza bilmədiyim sözlərim mənim...

 

Çiçək də ağlatdı, gül də ağlatdı,

Öz əlim özümə min dərd yaratdı,

Bu payız ömrümü qəmlər saraltdı,

Bir qəmlə yazıldı yazlarım mənim...

 

Həyatım min roman, minbir nəğmədi,

Ha yazdım, ha pozdum ömrüm gülmədi,

Nə Kərəm yanmadı, Dilqəm ölmədi...

Hələ də qəm çalır, sazlarım mənim...

3.11.2025.