Fərhad Tapdıqoğlu - Kəsdi .

YAZARLAR 13:37 / 03.11.2025 Baxış sayı: 1050

 

 

                                                            ( hekayə)

Kənddə başqaları kimi böyüyən uşaqlardan birinin adı İlqar,digərinin adı Vüqar idi.Qohum yox,qonşu idilər..Hələ kiçik yaşlarından onları sünnət elədilər ,dəllək...kəsdi.Birnci sinfə gedəndə hər ikisi hamıdan qabaq məktəbin darvazasının ağzını kəsdi...Vüqarla İlqar kənddə toy olanda ,birlikdə neçə gəlin maşınının qabağını kəsdi...şirinlik aldı.Həə,bir dəfə İlqar dırnaqlarını uzatdığına görə müəllim onun dırnaqlarını tutdu,kəsdi...

....Uşaqlar böyüyürdülər...Hətta bir neçə dəfə Vüqar dəhrə ilə çubuq kəsəndə əlini də kəsdi...Hər ikisi birinci dəfə ülgüclə üzlərini qırxanda,ülgüc üzlərini kəsdi...

....Bəli,uşaqlar böyüyürdülər...Vüqar işgüzar,zirək,sadə geyinən,İlqar isə tənbəl ,həftədə bir təzə paltar gəyişən..Deyirdilər ki,İlqarın atası deyəsən pul maşını alıb, " pul kəsdi"..(Amma onun necə pul kəsdi-yini heç kim görməyib))))...

.... Vüqar kənd təsərrüfatı insitituna qəbul olub,oranı bitirdi,hərbi xidmətini başa vurdu,kənddə işlədi.Əvvəl aqronom işlədi,sonra isə fermer təsərrüfatı yaratdı .

....İlqar isə Texniki İnstitutların birinə " qəbul olndu".Yaxşı oxumadığından müəllimlər onu imtahandan kəsdi...atası gəldi müəllimlərin qabağını kəsdi...nə isə ..qiymətləri " düzəldi"..İlqar tez- tez qızların qarşısını kəsdi..söz atdı..amma "cavabını verənlər " də tapıldı..O insititutu bitirmədi, insititut ondan canını "qurtardı"...

....Vüqar öz "göbək-kəsdi" si ilə ailə qurdu. VVAQ ( ZAQS) da,molla da kəbin kəsdi... "Paltar biçdi,paltar kəsdi " də oldu,gözəl toy da.. Vüqar təsərrüfatda çalışdı..Meyvə ağacları da budadı,bar verməyən budaqların kəsdi..Bağ - bostan əkdi, becərdi,bol məhsul götürdü.Dəhnədən suyu da çox vaxt özü bağladı,kəsdi..Fermer təsərrüfatını genişləndirdi,işçiləri ilə şərt kəsdi.."Vicdanla işləyin, yaxşı maaş alın"-dedi..Bayramlarda cöngələr kəsdi,ətini işçilərinə payladı..yaxşı əmək haqqı kəsdi işçilərinə...maddi- yardımlar da elədi...

..... İlqar bir imkanlı şəxsin qızı ilə ailə qurdu.Özü kiçik məmur işlədi ,kommunal təsərrüfatda ...Nəzarətçiləri vardı..."pul yığanlar"..qapıları kəsdi...Vaxtında ödəniş etməyənlərin işığını,suyunu,qazını kəsdi..İşə adam götürəndə ,rüşvət aldı..necə deyərlər, aldatdı" qulağını kəsdi".. "Levi " xəttlər də çəkdirdi.. (özü demiş," mərdimazar " rast gələndə işçiləri həmin xəttləri kəsdi")..əli pulnan oynadı.İşçilərinin şikayətlərini eşitmədi, onları susdurdu,maaşlarını kəsdi... səslərini kəsdi..Necə deyərlər " ...dalı da kəsdi,qabağı da"...

Özünə məşuqə tapdı..həyat yoldaşı ondan boşandı...məhkəmə aliment kəsdi...

....Kənddə gözəl hava vardı.Sonra bulud Günəşin qabağını kəsdi..yağış yağdı...bərəkət yağdı.. incəvara yağış tez kəsdi...Vüqar kənddə tikdirdiyi yeni "Aqrobazanın" qırmızı lentini kəsdi..Hamı alqışladı...alqışlar ,təbriklər nəhayət kəsdi..İndi işləri uğurla gedir...Hamı deyir : " halal olsun ,bu fiıan-kəsdi,təmiz adamdır"...

...Şəhərdə bərk külək əsdi..əsdi..adamın az qala səbrini kəsdi...hava çox soyuqdu....külək şaxta kimi kəsdi.. Müğənni oxuyurdu:

"Külək hayandan əsdi,

Kəmər belimi kəsdi"

.... İlqarın " vurhavurlu,kəsa-kəsdi" dövranı sona çatdı..İndi onun belini kəmər yox,qollarını "qandal kəsdi"...Tutub apardılar İlqarı..Görənlər dedi:" apardıqları fiıan-kəsdi"...na-kəsdi...Həə....deyirlər məhkəmə ona iş kəsdi....