Avdı Qoşqar.- SƏNİ ALLAH ÇAĞIRARDIM...
Səni Allah çağırardım
Bircə günahın olmasa.
Təbən olub baş əyərdim-
Pircə günahın olmasa.
Hansı ucadan enmisən?
Təriqətmisən,dinmisən?
Yerdə görünən günmüsən-
Sircə günahın olmasa.
Dünya olannan buracan,
Üfüqdə bir piyalə qan.
Dən kimi pərdə fırlanan-
Pərcə günahın olmasa.
İçinə gizlənib hamı,
Bilinmir ürəyin tamı,
Qır,dağıt yolu,ərkanı-
Hürcə günahın olmasa.