Aysel Xanlarqizi Safarli - Bir gecə qapı açıla,

Bir gecə qapı açıla,
Görəsən ölümün gəlib...
Ümidlər gələn qonağa,
Otağında döşək salıb...
Oyana əzrayılın da,
Gözündə ölmək həvəsi...
Qucağına gəlib girə
Kəsilə soyuq nəfəsi...
Bir soyuq duşun altında,
Səninlə birgə hönkürə...
Sonra həsrətə sarılıb,
Bir yorğan altına girə...
Doğma hisslər yada dönüb,
Çaldıra bir toy havası...
Sevdiyin dona yanında ,
Əlində sönə lampası...
Dəli bir həyəcan ilə,
Sevinə qəbir yatağın...
Ölümün son ehtirası,
Titrədə tənha otağı...
Söndürə kor hisslərini,
Bir siqaret tüstüsündə...
Göz yaşın sərxoşa dönə,
Bir şeirin kefli səsində...
Tutasan verdiyin sözü,
O adam sevinə deyə...
Sevişəsən əzrayılla,
Qismətini söyə -söyə...
Bir gecə qapı açıla,
Görəsən ölümün gəlib...
Sevdiyin oyana səhər,
Eşidə ki, o qız ölüb...